Avropada ən çox edilən əməliyyatlar - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2022-ci ildə Avropada ən çox edilən əməliyyatlar katarakta, qeysəriyyə əməliyyatı və laparoskopik histerektomiya olsa da, prosedurların tezliyi ölkələr arasında çox fərqlidir. Katarakta əməliyyatı Avropada ən çox edilən cərrahi əməliyyatlardan biridir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Avropa Statistika Ofisi "Eurostat"ın məlumatlarına görə, 2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində 4,73 milyon dəfə həyata keçirilən bu prosedur 16 ölkədə hər 100 min nəfərə 1000 dəfədən çox icra edilib.
Fransada 100 min nəfərə 1493 əməliyyatla ən yüksək göstərici, Rumıniyada isə ən aşağı göstərici, 500-dən az əməliyyat qeydə alınıb. Qeysəriyyə əməliyyatı isə Avropada geniş yayılmış başqa bir cərrahi əməliyyatdır. Bu əməliyyat 2022-ci ildə Aİ-də ən azı 1,10 milyon dəfə, əsasən də Kipr və Rumıniyada aparılıb. Kiprdə hər 100 min nəfərə 681,6, Rumıniyada 446,9 qeysəriyyə əməliyyatı edildiyi halda, Finlandiyada bu göstərici 157,3 ilə ən aşağı olub.
Avropada xolesistektomiya, diz dəyişdirmə, appendektomiya, histerektomiya və süd vəzilərinin çıxarılması ən çox yayılmış tibbi prosedurlar sırasındadır. Xolesistektomiya və appendektomiya kimi əməliyyatlar Aİ ölkələri arasında daha az dəyişkən, süd vəzilərinin qismən kəsilməsi isə geniş dəyişkənlik göstərib. Belçikada bu prosedur hər 100 min nəfərə 141,4 dəfə həyata keçirilib, Polşada isə göstərici 14,2 qədər aşağı olub. Əhali sayından asılı olaraq laparoskopik histerektomiya, yəni videokamera vasitəsi ilə həyata keçirilən vaginal histerektomiya AB ölkələrində daha çox yayılmaqdadır. Bir çox Aİ ölkələrində qasıq yırtığının bərpası, katarakta əməliyyatları və total diz protezləri də artıb. İnkişaf edən cərrahi üsullar və artan tələbat səbəbindən demək olar ki, bütün ölkələrdə bu prosedurlar daha tez-tez həyata keçirilir.
Son illərdə laparoskopik üsullarla aparılan histerektomiya və appendektomiya əməliyyatları artsa da, bu əməliyyatların ümumi tezliyi azalıb. 2012-2022-ci illərdə Aİ-nin 25 ölkəsindən 17-də qeysəriyyə əməliyyatı nisbətlərində azalma müşahidə olunub. Katarakta cərrahiyyəsində stasionar prosedurlardan istifadənin azalması demək olar ki, bütün Aİ ölkələrində də qeydə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)





