Dünya

“Obama mənə səs verəcək”

11 Oktyabr 2024 22:08
Baxış: 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, keçmiş Amerika lideri Barak Obama Kamala Harrisə yox, ona səs verəcək.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Düşünürəm ki, Obama mənə səs verəcək, çünki Kamalanın son dərəcə aşağı intellektli bir insan olması onun xoşuna gəlmir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, oktyabrın 6-da Barak Obamanın Kamala Harrisin seçki kampaniyasına qatılacağı haqda xəbərlər yayılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.