Dünya

Putin Şoltsun zənglərinə cavab vermir?

11 Oktyabr 2024 21:26
Baxış: 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsun sülh mövzusunu müzakirə etmək təklifini rədd edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlama verib.

Berbok vurğulayıb ki, Putin məsələnin sülh yolu ilə nizamlanması üçün həll yolları axtarmaqdan boyun qaçırır:

"O, sülhü qəbul etməkdən imtina edir və hər gün müharibə və dağıntının lehinə növbəti bir siqnal göndərir. Bu günlərdə Almaniya Kansleri ilə telefonla danışmağa belə hazır deyil".

Onu da qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski şəxsi teleqram hesabında Şoltsla görüşdüyünü və sülh planı barədə kansleri məlumatlandırdığını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.