Dünya

ABŞ-də "Milton" qasırğası nadir təbiət hadisəsinə səbəb oldu: Florida körfəzinin suyu "qurudu" - VİDEO

11 Oktyabr 2024 08:16
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Florida ştatını vuran "Milton" qasırğası Tampa körfəzindən suyu çəkib çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Tampa körfəzində nadir təbiət hadisəsi baş verib ki, elm adamları bunu "əks fırtına dalğası" adlandırırlar. Qasırğa müvəqqəti olaraq körfəzdən bütün suyu çəkib ki, nəticədə suyun dibi üzə çıxıb, Beyşor bulvarı ərazisində dəniz suyunun səviyyəsi isə xeyli aşağı düşüb.

Pensilvaniya Universitetinin Landşaft arxitekturası kafedrasının dosenti Piter Stempelin sözlərinə görə, güclü küləklər suyu sahil körfəzlərindən "sıxışdırdıqda" "əks fırtına dalğası" yaranır.

Florida Fövqəladə Hallar Departamentinin mütəxəssisləri yerli sakinləri körfəzin açıq dibinə çıxmamağa çağırıb, çünki su tezliklə qayıda bilər.

Qeyd edək ki, oxşar hadisə 2022-ci ildə "İan" qasırğası zamanı da baş verib. Nəticədə su bir neçə saat körfəzi "tərk edib", sonra qəfil "geri dönüb".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.