ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə amerikalı astronavtların Marsa enəcəklərinə söz verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tramp bu barədəki vədini təkrarlayıb.
O, seçki kampaniyası zamanı vurğulayıb: "Biz Marsa mənim səlahiyyət müddətimin sonuna qədər çatacağıq".
Qeyd edək ki, tədbirdə "SpaceX"in sahibi, amerikalı sahibkar İlon Mask da iştirak edib. "Bizi kosmosun tədqiqi üzrə dünya çempionatlığı gözləyir", - deyən Tramp Maska təşəkkür edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun