Rusiyanın Baş naziri Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək. O, İran Prezidenti Pezeşkian və ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə danışıqlar aparacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə Rusiya-İran əməkdaşlığının bütün spektrinin ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müzakirəsi planlaşdırılır:
"Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun