Dünya

BMT-dəki çıxışı zamanı qrafini başına çəkdi - VİDEO

27 Sentyabr 2024 12:38
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haiti Keçid Prezident Şurasının rəhbəri Edqar Leblank Fils hərəkəti ilə gündəmə gəlib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, BMT Baş Assambleyasında çıxışı zamanı stəkandan istifadə etməyərək birbaşa qrafindən su içib.

Bu zaman Leblank kürsüyə və üzərinə su töküb.

Qeyd edək ki, Haiti prezidenti J. Moiz və həyat yoldaşı 2021-ci ilin iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər. Haitidə yeni seçkilər keçirilənə qədər ölkəyə rəhbərlik edəcək Keçid Prezident Şurası yaradılıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.