Dünya

Vuçiç: Dünya nüvə fəlakətinin astanasındadır

25 Sentyabr 2024 10:12
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə liderlərinə müraciət edərək dünyanın nüvə fəlakətinin astanasında olduğu barədə xəbərdarlıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Serbiyanın dövlət başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr çərçivəsində tribunadan çıxışı zamanı deyib.

"Bu, tamamilə inanılmaz görünür, lakin dünya nüvə fəlakətinin və nüvə Holokostunun astanasındadır. Biz elə bir dünyada yaşayırıq ki, heç kim, heç kimin sözünə qulaq asmır. Biz dialoq qurmalıyıq, razılaşma olmayanda belə, BMT-nin sarsıdılmış nüfuzunu bərpa etməliyik. İkili standartlar praktikasına son qoyulmalıdır", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.