Dünya

Realist olaq, Ukrayna ərazilərini itirəcək - Çexiya prezidenti

24 Sentyabr 2024 15:41
Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynalılar və Ukrayna tərəfdarları Rusiyanın müharibənin sonunda işğal olunmuş ərazilər üzərində nəzarəti ən azı bir müddət saxlaması faktı ilə barışmalı olacaqlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikri Çexiya Prezidenti Petr Pavel "Nyu York Tayms" qəzetinə müsahibəsində deyib.

NATO-nun keçmiş yüksək rütbəli generalı və Ukraynanın ən güclü tərəfdarlarından biri olan Pavel hesab edir ki, Ukrayna ərazilərinin itirilməsi reallıqdır.

Pavelin sözlərinə görə, müharibə yorğunluğu hər yerdə artır:

"Ukrayna ruslar tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması perspektivləri ilə bağlı realist olmalıdır. Müharibənin ən çox ehtimal olunan nəticəsi Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın işğalı altında olması olacaq. Bu müvəqqəti işğal da illərlə davam edə bilər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.