Dünya

Harrislə debat təklifinə Trampdan cavab

22 Sentyabr 2024 08:57
Baxış: 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamala Harrislə debatların ikinci raundunu keçirmək üçün çox gecdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.

"Kamala və komandası görürlər ki, onların kampaniyası yaxşı getmir. Bu yaxınlarda onlar növbəti debat raundunu keçirmək istədiklərini açıqladılar. Amma problem ondadır ki, başqa debat üçün çox gecdir", - Tramp bildirib.

Qeyd edək ki, Harris daha əvvəl oktyabrın 23-də Trampla debatların ikinci raundunun keçirilməsi təklifini qəbul etmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.