Almaniyanın müdafiə naziri Boris Pistorius ümid edir ki, ölkə hökuməti Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayıracaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə nazir Saarlouisdəki qoşunları ziyarət edərkən deyib.
Onun sözlərinə görə, cari 2024-cü il büdcəsinin 7,5 milyard avro artırılması ilə bağlı danışıqlar ümidvericidir və çox güman ki, həftənin sonuna qədər tamamlanacaq.
Pistorius vurğulayıb ki, Almaniya Ukraynaya gələcəkdə hərbi yardım göstərilə bilər:
"Sonra yüz milyonlarla avro dəyərində əhəmiyyətli məbləğdən danışacağıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun