Ukraynaya yüz milyonlarla avro yardım edə bilərik

18 Sentyabr 2024 08:06

Almaniyanın müdafiə naziri Boris Pistorius ümid edir ki, ölkə hökuməti Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayıracaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə nazir Saarlouisdəki qoşunları ziyarət edərkən deyib.

Onun sözlərinə görə, cari 2024-cü il büdcəsinin 7,5 milyard avro artırılması ilə bağlı danışıqlar ümidvericidir və çox güman ki, həftənin sonuna qədər tamamlanacaq.

Pistorius vurğulayıb ki, Almaniya Ukraynaya gələcəkdə hərbi yardım göstərilə bilər:

"Sonra yüz milyonlarla avro dəyərində əhəmiyyətli məbləğdən danışacağıq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun