Sentyabrda ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında görüş keçiriləcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu V.Zelenski Yalta Avropa Strategiyasının XX illik görüşündə deyib.
Onun sözlərinə görə, görüşdə Ukraynanın sülh planı müzakirə olunacaq.
"Bu ay Prezident Baydenlə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını - bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün Ukraynaya kifayət qədər güc verəcək bir-biri ilə əlaqəli həllər sistemi təqdim edəcəyəm", - V.Zelenski bildirib.
O qeyd edib ki, buna bir neçə yolla - Rusiya ordusunun sıxışdırılması və yaxud diplomatiya yolu ilə nail olmaq olar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun