Qırğızıstan Prezidenti Sadır Japarov 2024-2026-cı illər üçün dövlət qulluqçularının əməkhaqqının artırılmasına moratorium tətbiq edib.
Milli.Az report-a istinadən xəbər verir ki, müvafiq fərman hökumətin "Erkin Too" qəzetində dərc olunub.
"Dövlət idarələri, komitələri, prezidentin bölgələrdəki səlahiyyətli nümayəndəlikləri, habelə yerli idarəetmə orqanlarının işçilərinin əməkhaqqının artırılmasına qadağa qoyulur", - sənəddə bildirilib.
Qeyd olunub ki, qərar ölkənin dövlət büdcəsinin xərclərini optimallaşdırmaq məqsədi daşıyır.
Fərman sentyabrın 3-də dərc edilib və dərc edildiyi gündən 7 gün sonra qüvvəyə minir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun