Dünya

"Telegram"ın bu cəzasızlığı bitməlidir" - Durovun saxlanmasına Fransadan REAKSİYA

25 Avqust 2024 12:18
Baxış: 1 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durovun işini aparan müstəntiqlərdən biri onun axtarışda olduğunu bilə-bilə Fransaya uçmaq qərarına gəlməsinə təəccüb etdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

"Telegram"ın bu cəzasızlığı bitməlidir" , - Pavel Durovun saxlanmasına münasibət bildirən Fransa hüquq-mühafizə orqanlarının adı açıqlanmayan rəsmisi bildirib.

Qeyd edək ki, Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.