Braziliyanın San-Paulu ştatında həftənin ortalarında şəkər qamışı plantasiyalarında baş verən yanğın 50 min kvadratmetrdən çox ərazini bürüyüb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Ştat hökuməti yanğının söndürülməsində iştirak edən iki nəfərin həlak olduğunu bildirib.
Yanğının sürətlə yayılmasına bu ərazidə dörd aydır davam edən güclü külək və quraqlıq şərait yaradır.
San-Paulu hökuməti zərərçəkənlərə kömək etmək üçün böhran qərargahı yaradıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun