Dünya

"BYD" Honda və Nissanı geridə qoydu

23 Avqust 2024 17:09
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin aparıcı elektromobil istehsalçısı BYD şirkəti "Honda" və "Nissan"ı qabaqlayıb.

Çinin aparıcı elektromobil istehsalçısı BYD (Build Your Dreams) şirkəti 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə Yaponiyanın "Honda Motor" və "Nissan Motor" korporasiyalarını geridə qoyub və dünya sıralamasında yeddinci yerdə qərarlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yaponiyanın nüfuzlu iqtisadi qəzeti "Nikkei" sözügedən göstərici üzrə şirkət ötən ilin eyni dövrü ilə müqayisədə satışlarını 40 faiz artırdıöını bildirib.

Eyni zamanda, reytinqdə ilk beş yerdə qərarlaşan şirkətlərin qlobal satışlarında azalma müşahidə edilib.

Belə ki, siyahıda birinci olan Yaponiyanın "Toyota Motor" şirkəti üçün ötən ilin ikinci rübü ilə müqayisədə satış dörd faizə qədər azalıb. İkinci yerdə olan "Volkswagen"də həmin göstərici dörd, Cənubi Koreyanın "Hyundai-KIA" şirkətində isə bir faiz azalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.