Dünya

Baydenin gizli sənədi təsdiqlədiyi üzə çıxdı

21 Avqust 2024 13:02
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden bu ilin mart ayında Çinin artan nüvə arsenalı fonunda ilk dəfə bu ölkənin çəkindirilməsindən bəhs edən gizli strateji nüvə planını təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Belə bir sənədin qəbul edilməsi Pentaqonun növbəti onillikdə Çinin cəbbəxanasının ölçü və müxtəlifliyinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağı ehtimalı ilə bağlıdır.

Qeyd olunur ki, Bayden, həmçinin, Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə qarşıdurmalarına hazırlaşmaq üçün göstərişlər verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory