Dünya

Bir gecədə Rusiya bölgələrində Ukraynanın 45 PUA-sı məhv edildi

21 Avqust 2024 10:18
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Ukraynaya məxsus 45 pilotsuz uçan aparatı (PUA) məhv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Kiyev rejimi ötən gecə Rusiya ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum həyata keçirməyə cəhd edərkən, növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən 45 təyyarə tipli PUA məhv edilib", - deyə məlumatda bildirilib.

Bildirilib ki, onlardan 11-i Moskva vilayəti, daha 23-ü Bryansk vilayəti üzərində, altı qurğu Belqorod vilayəti, üçü Kaluqa vilayəti, ikisi isə Kursk vilayəti üzərində məhv edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.