Dünya

Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya

20 Avqust 2024 19:10
Baxış: 1 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur və onları sabotaj edə bilməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

"Rusiya XİN rəhbərinin bəyanatı Moskvanın İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakı ilə bağlı açıq təəssüf və şübhə yaradıb. İrəvan sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək", - XİN vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirmişdi ki, kommunikasiyaların açılmasına dair sazişdə Paşinyanın imzası olsa da, İrəvan müqaviləni sabotaj edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.