Dünya

İsveçdə meymunçiçəyinin yeni variantına ilk yoluxma qeydə alınıb

15 Avqust 2024 21:47
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə Afrika ölkəsində yayılan mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantına ilk yoluxma halı İsveçdə qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveç İctimai Səhiyyə Agentliyinin baş direktorunun səlahiyyətlərini icra edən Oliviya Viqzell mətbuat konfransında bildirib.

"Bu, Afrika qitəsi xaricində diaqnoz qoyulan ilk hadisədir. Hadisəyə səbəb xəstəliyə yoluxan şəxsin bu yaxınlarda epidemiya yayılan Afrika bölgəsində olması olub. Zərərçəkmiş Stokholm bölgəsində kömək üçün müraciət edib. Həkimlər xəstənin mpox virusunun daha yoluxucu variantına yoluxduğunu təsdiqləyiblər", - Viqzell vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.