ABŞ Zəngəzura yerləşir: İran niyə dilini udub? - General
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ bir daha çıxmamaq şərtilə ilə Qafqaza yerləşir. Bunu da Ermənistan vasitəsilə həyata keçirir. Eyni addımları Rumıniya və Yunanıstanda da atıblar.
Milli.Az bildirir ki, bu sözləri axar.az-a ABŞ-ın Zəngəzurda gizli hərbi baza qurması ilə bağlı yayılan məlumatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz deyib.
General bildirib ki, bunun arxasında bir sıra strateji məqsədlər dayanır:
"Birincisi, İranı nəzarət altında saxlamaq, ikincisi, Türkiyəni şərqdən mühasirəyə almaq, üçüncüsü, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını əngəlləmək, münaqişə vəziyyətindən öz məqsədləri üçün istifadə etmək, sonuncusu isə Rusiyanı Gürcüstana doğru genişlənəcək şəkildə cənubdan mühasirəyə almaqdır. Bütün bunlar fonunda ABŞ-ın qapalı və açıq şəkildə Ermənistanı təlimlər, silah yardımı vasitəsilə dəstəkləyərək, bölgədə ədalətli sülh istəmədiyini açıq şəkildə deyə bilərik".
Karauz İranın səssizliyinin ağlasığmaz davranış olduğunu vurğulayıb:
"İran heç vaxt güclü rəqib qarşısında səsini çıxara bilməyib. İranın dini lideri Xamenei Pezeşkianın andiçmə mərasimində Paşinyanı qəbul edib, Zəngəzur dəhlizinin açılmasının Ermənistanın milli təhlükəsizlik maraqlarına zərbə olması, sərhədlərin toxunulmazlığı və "qədim" dostluq, qardaşlıq barədə nağıllar danışdı. Amma Zəngəzurda ABŞ hərbi bazasının qurulmasının əsas hədəfinin İran olduğunu bilə-bilə bu haqda Ermənistana bir kəlmə belə etiraz bildirmədi, sanki dilini udub. Təsəvvür edin, ən böyük düşmən elan etdikləri ABŞ-ın belə orda olmağına razıdırlar, amma türkün Zəngəzurda olmasını milli təhlükəsizlik maraqlarına təhdid hesab edirlər. İran Suriya və İraqda olduğu kimi, məntiqə sığmayacaq addımlar atır".
General qeyd edib ki, nəticə etibarilə ABŞ-ın Zəngəzura yerləşməsi hərbi üstünlüyü Ermənistanın xeyrinə dəyişə bilməz:
"Siyasi nəticələrinə isə Azərbaycan dövləti cavab vermək iqtidarına, gücünə sahibdir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi
-
Xırdalanda yolu keçən qadını avtomobil vurdu
-
Bakıya leysan yağacaq - Xəbərdarlıq
-
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
-
Mabel Matiz məhkəmə qarşısında: 3 ilədək həbs tələb edildi
-
İsrail həmin şəxsləri mükafatlandıracaq
-
26 avtomobil hərraca çıxarıldı: Ən diqqətçəkən satış qiymətləri
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Azərbaycanın yeni avtomatları sərgidə - “Azərsilah”dan 3 model
-
Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
-
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Vanqanın 2027-ci il proqnozu üzə çıxdı
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
-
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
-
Azərbaycanda güclü zəlzələ oldu
-
Bakıda 5 milyon manatlıq qanunsuz kazino şəbəkəsi aşkarlanıb - (Video)
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Maaşdan əlavə bu pulları da ala bilərsiniz
-
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
-
Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi





