Dünya

Bayden: Bu halda İran İsrailə hücumdan imtina edəcək

14 Avqust 2024 10:20
Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Qəzzada atəşkəslə bağlı razılaşma İranı HƏMAS liderinin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücumlardan çəkinməyə vadar edə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.

Bayden "Bu mənim gözləntimdir", - deyə jurnalistlərin İsrail və HƏMAS arasında atəşkəsin İranın hücumunun qarşısını ala biləcəyi ilə bağlı sualına cavab olaraq bildirib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən sonra başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.