"Mən Trampı debatlarda səbirsizliklə gözləyirəm" - Kamala Harris
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ABŞ prezidentliyinə namizədlərin debatları sentyabrın 10-da "ABC News" telekanalında keçiriləcək..."
Tramp Harrislə debatlara razılıq verib, Harris prezident yarışmasında onu geridə qoyur
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp vitse-prezident Kamala Harrislə sentyabrın 10-da "ABC News" telekanalında debatlarda iştirak etməyə razılıq verib, hərçənd, bundan öncə digər tarix və digər kanal barəsində bəyan edib.
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" telekanalı "X" sosial şəbəkəsində avqustun 8-də məlumat verib.
"ABC News" sentyabrın 10-da prezidentliyə namizədlərin tələblərə uyğun olaraq debatlar keçirəcək. Vitse-prezident Kamala Harris və sabiq prezident Donald Tramp ABC-də debatlarda iştirak edəcəklərini təsdiq edib", - məlumatda deyilir.
Harris həmçinin bunu təsdiq edib. "Mən eşitmişəm ki, Donald Tramp, nəhayət, mənimlə sentyabrın 10-da debatlar keçirməyə razılaşıb. Mən onu səbirsizliklə gözləyirəm", - o, "X" sosial şəbəkəsində yazıb.
Bundan öncə Tramp bəyan edib ki, Harrislə debatlar sentyabrın 4-də Pensilvaniyada keçiriləcək və respublikaçılara yaxın hesab edilən "Fox News" telekanalı tərəfindən yayımlanacaq.
Harris cavabında bəyan edib ki, bundan öncə Tramp sentyabrın 10-da Demokratlar Partiyasından namizədlə (o zaman Co Bayden öz namizədliyini irəli sürməyi planlaşdırıb) "ABC News" telekanalında debatlara razılaşıb.
Bu arada isə bəlli olub ki, Harris prezident yarışmasında Trampı daha da geridə qoyub. Bunu "İpsos" tərəfindən keçirilən sorğunun avqustun 8-də dərc edilən nəticələri göstərib.
Rəyi soruşulanların 42 faizi Harrisə, 37 faizi isə Trampa dəstək verib. Beləliklə, dəstək fərqi 5 faiz təşkil edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bu zaman sorğu göstərib ki, seçicilərin əksəriyyəti Trampla bağlı fikirlərində Harrislə müqayisədə "vətənpərvər" sözü (o, bu sözdən özünün seçkiöncəki nitqlərində tez-tez istifadə edir) və "qəribə" sözü ilə (bu sözdən Harrisin tərəfdarları son həftələr Trampı məsxərəyə qoymaq üçün istifadə edib) ilə əlaqələndirib.
Ümumilli sorğu 2045 amerikalı arasında avqustun 2-7-də onlayn formatda keçirilib və 3 faizədək xətaya malikdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
XƏBƏR LENTİ
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video





