Dünya

Qəzzada ölənlərin sayı artdı

7 Avqust 2024 21:04
Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ilin oktyabrında Qəzza zolağında əməliyyat başlayandan indiyədək İsrail ordusunun hərəkətləri nəticəsində demək olar ki, 39,7 min nəfər həlak olub, 91,7 minə yaxın insan isə yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə sektorun Səhiyyə Nazirliyi məlumat yayıb.

"2023-cü ilin oktyabrından Qəzzada ölənlərin sayı 39 677 nəfərə yüksəlib, daha 91 645 nəfər yaralanıb. Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 24 fələstinli həlak olub, 110 nəfər yaralanıb", - məlumatda deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.