Dünya

Zelenskidən Baydenin qərarına reaksiya

22 İyul 2024 16:47
Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden dövlət başçısı postu uğrunda yarışdan çıxdığını elan edərək çətin qərar verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.

"Biz bugünkü çətin, lakin güclü qərara hörmətlə yanaşırıq", - deyə Volodimir Zelenski bildirib.

Xatırladaq ki, iyulun 21-də Cozef Bayden dövlət başçısı postu uğrunda mübarizədən geri çəkildiyini, lakin səlahiyyət müddətinin sonunadək vəzifədə qalacağını açıqlayıb. O, eyni zamanda prezident seçkilərində vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini elan edib.

Donald Trampın seçkidəki rəqibinin kimliyi Demokratlar Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında müəyyənləşəcək.

Respublikaçıların namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, Kamala Harrisə qalib gəlmək onun üçün daha asan olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.