Dünya

Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

21 İyul 2024 18:41
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Ordusu Qəzza zolağında əməliyyatda iştirak edən quru qoşunlarının hərbçilərinin poliomielit xəstəliyinə qarşı peyvənd edilməyə başlanıldığını açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, İsrail Ordusunun yaydığı açıqlamada bildirilib ki, Qəzza zolağında polimelitə yoluxma xəbərləri yayılandan sonra anklavın müxtəlif rayonlarında müvafiq testlər aparılıb və əldə olunan nəticələrə əsasən, hərbçilərin mütləq vaksinasiya olunması barədə qərar qəbul edilib.

Bununla belə, peyvənd olunmaq istəməyən əsgərdən bunu etmək tələb olunmayacaq.

Eyni zamanda İsrail Ordusu Qəzza əhalisinin peyvənd olunması üçün də müxtəlif beynəlxalq təşkilatlarla birgə çalışır.

Qeyd edək ki, "Əl-Cəzirə" telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən Qəzza zolağında bəzi çadır düşərgələrində poliomielit xəstəliyinin mürəkkəb formasına səbəb olan təhlükəli virus aşkar edildiyi barədə məlumat yayıb. Bu viruslar tullantı sularında və çirklənmiş sularda aşkarlanıb.

Poliomielit poliovirusun yaratdığı təhlükəli yoluxucu xəstəlikdir. Virus sinir sisteminə təsir edir, iflic və ölümə səbəb ola bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.