Dünya

Parisdə silahlı şəxs hərbçiyə hücum edib

16 İyul 2024 08:55
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə bıçaqla silahlanmış şəxs hərbi patrula hücum edərək hərbçilərdən birini yaralayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

"Asayişin qorunması əməliyyatında iştirak edən əsgər Parisdə Şərq vağzalında patrul xidməti apararkən bıçaqlanıb. Onun həyatı təhlükədə deyil. Hücum edən şəxs saxlanılıb", - nazir sosial şəbəkədə yazıb.

BFMTV qeyd edib ki, müşahidə kameralarının görüntülərinə görə, şübhəli şəxs hücum etməzdən əvvəl bir müddət hərbi patrulu izləyərkən görünüb. Onun təxminən 30 sm uzunluğunda ülgüclü bıçaqla silahlandığı vurğulanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.