Dünya

Tramp Zelenskinin bu istəyini rədd etdi

17 Oktyabr 2025 23:06
Baxış: 778
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Görüş zamanı Zelenskinin Tomahawk raketləri tələbi Tramp tərəfindən kamera qarşısında açıq şəkildə geri çevrilib.

Milli.Az xəbər verir ki, Tramp Zelenskinin müraciətinə belə cavab verib: "Tomahawklar bizə lazımdır. Onlara ehtiyacımız var. Bu, sadəcə maliyyə məsələsi deyil, daha ciddi məsələdir. Ümid edirəm ki, onları göndərməyə ehtiyac qalmayacaq."

Tramp, ABŞ-nin həm Tomahawk raket sisteminə, həm də Ukraynaya göndərilən digər silahlara öz müdafiəsi üçün ehtiyac duyduğunu bildirib.

Ukrayna lideri isə Ukrayna dronlarının Tomahawk raketləri ilə mübadiləsi təklifini irəli sürüb. Tramp bu barədə: "Ukrayna çox yaxşı dronlar istehsal edir," - deyə bildirib, lakin raket məsələsinə yenə də müsbət cavab verməyib.

Tramp müharibənin sona çatmasını istədiyini, Putinin də eyni istəkdə olduğunu düşündüyünü, lakin Rusiyanın vaxt qazanmağa çalışa biləcəyindən narahat olduğunu deyib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.