Dünya

Zelenski: “Trampın dəstəyi ilə müharibəni bitirə bilərik”

17 Oktyabr 2025 22:55
Baxış: 590
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüş zamanı "Sizin yardımınızla bu müharibəni bitirə biləcəyimizə inanırıq" ifadəsini səsləndirib.

Milli.Az xəbər verir ki, Zelenski Trampa Qəzza ilə bağlı atəşkəs razılaşmasına görə təbriklərini çatdırıb və ABŞ-yə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Ukrayna lideri əlavə edib ki, Rusiya döyüş meydanında böyük uğurlar qazana bilmir. O, həmçinin müharibə bitdikdən sonra Amerikalı enerji şirkətlərinin Ukraynaya sərmayə yatırmağa hazır olduğunu bildirib: "Müharibədən sonra ölkəmizə investisiya etmək üçün gözləyən şirkətlər var" - deyə Zelenski vurğulayıb.

Görüş öncəsi Donald Tramp Zelenskinin geyiminə zarafatla toxunaraq onu "çox zövqlü gödəkçədir" deyə tərifləyib. Daha sonra tərəflər jurnalistlərin suallarını cavablandırmağa başlayıblar.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.