Dünya

Trampa sui-qəsd cəhdi ilə bağlı yeni TƏFƏRRÜAT: 3 növ silahdan... - YENİLƏNİB - FOTO

15 İyul 2024 18:19
Baxış: 6 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------

15:26

ABŞ-də prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdə cəhd edən 20 yaşlı Tomas Metyu Kruks haqqında yeni məlumatlar üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, keçmiş sinif yoldaşları onun hədəfi pis və təhlükəli nişan aldığı üçün məktəbin atış dərslərindən uzaqlaşdırıldığını deyib.

Kruksun 2022-ci ildə məzun olduğu "Bethel Park" Liseyindəki sinif yoldaşları onu az dostu olan parlaq bir şagird kimi təsvir ediblər. Məlumata görə, o, şahmat və video oyunları oynamağı çox sevirdi və kompüter kodlaşdırmasını öyrənirdi.

Onunla həm ibtidai, həm də orta məktəbdə oxuyan Cemson  Myers, Kruksunun məktəbin atış komandası üçün sınaqlara qatıldığını, lakin daha sonra kənarlaşdırıldığını bildirib.

"O, nəinki komandaya daxil olmadı, həm də vurduğu zərbə pis və təhlükəli hesab edildiyi üçün geri qayıtmaması istənildi",  - Myers "ABC News"a deyib. Daha sonra onun yaxşı oğlan kimi tanıdığını, son bir neçə gündə etdiklərini həyata keçirə biləcəyinə inana bilmədiyini bildirib.

Digər sinif yoldaşı Sammer Barkli deyib ki, Kruks müəllimləri tərəfindən sevilirdi. Başqa birisi isə onun görünüşünə görə məktəbdə zorakılığa məruz qaldığını bildirsə də, bəziləri onu potensial təhlükə hesab edirmiş.

Məlumatda Kruksun qocalar evində işlədiyi də qeyd edilib.

Xatırladaq ki, 78 yaşlı Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Tarmp sağ qulağından yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun Məxfi Xidmət agentləri tərəfindən zərərsizləşdirildiyi bildirilib. Kruksun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

-------

11:07

ABŞ-nin sabiq prezidenti Donald Trampa atəş açan Tomas Metyu Kruks Klerton şəhərində (Pensilvaniya ştatı) yerləşən atıcılıq klubunun üzvü olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə atıcılıq klubunun prezidenti Bill Sellitto məlumat verib.

"Sözsüz ki, klub dünən baş vermiş zorakılıq aktını birmənalı olaraq pisləyir", - deyə o vurğulayıb.

Lakin atıcılıq klubunun rəhbərliyi hüquq-mühafizə orqanlarının hazırda araşdırma apardığını əsas gətirərək sözügedən mövzuda əlavə şərh verməkdən imtina edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.