Dünya

KİV: HAMAS-ın briqada komandiri Rafa Salame öldürüldü

13 İyul 2024 16:30
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TSAXAL ordusunun aviahücumları nəticəsində HAMAS-ın "Xan Yunis" briqadasının komandiri Rafa Salame öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə "Al-Arabiya" xəbər yayıb.

Hadisə zamanı Al-Mavasi rayonunda ümumilikdə 20 nəfər həlak olub, 90 nəfərdən çoxu isə yaralanıb. Hava reydinin məqsədi sözü gedən terror təşkilatının "Al-Qassam" hərbi qanadının rəhbəri Məhəmməd Deyfin zərərsizləşdirilməsi olub. Onun sonrakı taleyi barədə hər hansı informasya verilməyib.

İsrail tərəfi vaxtilə Rafaa Salamenin olduğu yer barədə məlumat verəcək şəxsə 200 min dollar mükafat vəd edib.

Qeyd edək ki, HAMAS açıqlama yayaraq, İsrail hökumətinin bu iddiasını təkzib edib.

Bildirilib ki, adları çəkilən hər iki şəxs həyatdadır və təşkilatın fəaliyyətində iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.