Dünya

Orban bu gün Trampla görüşəcək - KİV

11 İyul 2024 10:36
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Macarıstanın Baş naziri Viktor Orbanla ABŞ-nin keçmiş Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Bloomberg" agentliyi yayıb. 

Danışıqların Floridada Trampın iqamətgahında baş tutacağı bildirilir. 

Agentlik qeyd edir ki, Orbanın Trampla görüşü Baş nazirin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin sabiq Prezidenti arasında vasitəçi kimi çıxış etməsinə dair narahatlıqları artıra bilər. 

Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edir. Orban iyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edib. O, elə həmin gün Rusiyadan Azərbaycana səfərə gəlib. Baş nazir səfərləri çərçivəsində Ukrayna və Rusiya liderləri ilə münaqişənin nizamlanmasını müzakirə edib, Azərbaycanda isə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib. Orban iyulun 8-də isə Çinə səfər edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.