Dünya

Baş nazir efirə girmək üçün modeli belə gözlədi - FOTO

4 İyul 2024 17:29
Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın baş naziri Rişi Sunak canlı efirə girmək üçün ondan əvvəl studiyaya çağırılmış yarıçılpaq modelin zamanını bitməsini gözləyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu proses televiziyanın işçilərindən biri tərəfindən çəkilib və sosial mediaya ötürülüb.

Bəlli olur ki, modelin adı Bekki Holtdur. Proqrama qatılan Holt baş nazirdən əvvəl ekran qarşısına çıxarılıb.

"Onlyfans" modeli kimi çalışan Holt döymələrinə təxminən 45 min dollar xərcləyib. İngiltərə mediasına Holtun döymələri ilə bağlı çıxışının Sunakın çıxışından üstün tutulması təəccüblü gəlib.

Alt paltarda efirə çıxan modelin arxasında növbəsini gözləyən baş nazirin görüntüləri bütün dünyanın müzakirəsindədir.

Britaniya mətbuatında Rişi Sunak haqqında çoxlu aşağılayıcı şərhlər yer alıb.

İngilis qəzetlərindən biri proqramda növbə gözləyən Rişi Sunakın şəklini "Tənəzzüldə ikən belə olur", başlığı ilə dərc edib.

Musavat.com xəbər verir ki, Böyük Britaniyada bu gün erkən seçkilərdir və təxmin olunur ki, artıq sabahdan Rişi Sunak baş nazir olmayacaq.

Mühafizəkarlar 18 illik iqtidar seriyasından sonra hakimiyyəti əbədi rəqibləri Leyboristlərə uduzurlar.

Türkiyə sosial media seqmentində isə bu foto Qərb dəyərlərinin çöküşü kimi qiymətləndirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.