Dünya

“Bugatti” Zelenskayanın 4,5 milyonluq maşın almasını yalanladı - FOTO

3 İyul 2024 11:51
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bugatti Paris" diler mərkəzi Ukraynanın birinci xanımı Yelena Zelenskayanın dünyanın ən bahalı avtomobillərindən biri olan "Bugatti Tourbillon"u alması barədə yayılan məlumatları təkzib edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayaraq avtomobilin alınmasına dair yayılan sənədi feyk adlandırıb. 

Bildirilib ki, sözügedən sənəddə avtomobilin qiyməti düzgün göstərilməyib, eləcə də zəruri hüquqi detallar qeyd olunmayıb. Bununla yanaşı, şirkət vurğulayıb ki, heç vaxt belə bir sənədin nəşr edilməsinə icazə verməzdi. 

Qeyd edək ki, iyulun 1-də "Vérité Сachée" portalı şirkətin Parisdəki diler mərkəzinin əməkdaşı olduğu iddia edilən şəxsə istinadən Yelena Zelenskayanın yeni "Bugatti Tourbillon" avtomobilini əldə etdiyini yazıb. Zelenskayanın sözügedən avtomobil üçün 4,5 milyon avro ödədiyi qeyd olunub. Portal iddia edib ki, ilk olaraq Zelenski ailəsi üçün avtomobilin nümayişi həyata keçirilib və bu tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. "Vérité Сachée" sübut olaraq özünü "Bugatti"nin əməkdaşı kimi təqdim edən və müqaviləni təsdiqləyən bir şəxsin videosunu yayıb. "Bugatti" həmin görüntüləri də feyk adlandırıb. 

Hələ ki Y.Zelenskaya məsələ ilə bağlı açıqlama verməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.