Dünya

Obrayen 907-ci düzəlişdən danışdı

28 İyun 2024 19:52
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesab etmirəm ki, bizim Konqresdə "907-ci düzəliş"in ləğvi məsələsini nəzərdən keçirmək istəyi var, ancaq istisnalar mövcuddur. Hər bir administrasiya - Respublikaçılar və Demokratlar şərtlər tələb etdikdə bundan imtina olunmasına dair qərar qəbul ediblər. Hazırda mövcud durumu təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var. Xüsusilə "907-ci düzəliş"in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.

ABŞ Dövlət katibinin köməkçisi vurğulayıb ki, iki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır.

"Bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Ona görə də bunun maneə olduğunu düşünmürəm. Bu, həll etmək üçün birlikdə çalışdığımız problemlərdən yalnız biridir", - deyə Ceyms Obrayen bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.