Dünya

Türkiyə XİN-dən Ermənistanın Fələstini dövlət kimi tanımasına reaksiya

21 İyun 2024 17:18
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini dövlət kimi tanıması qərarını müsbət qarşılayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

"İspaniya, İrlandiya, Norveç və Sloveniyadan sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarı bizi sevindirir.

Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik", - Türkiyə XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, bu gün Ermənistan XİN Fələstinin dövlət kimi tanınması barədə bəyanat yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.