Dünya

Rusiyadan deport edilənlərin sayı rekorda qalxdı

19 İyun 2024 21:39
Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Rusiyadan 30 mindən çox əcnəbi deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.

"Bundan əlavə, polis 100 min əcnəbinin ölkəyə girişini əngəlləyib. Bu, bir il əvvəllə müqayisədə 55% çoxdur", - İrina Volk Teleqram kanalında yazıb.

O, DİN-in keçirdiyi əməliyyat çərçivəsində bir həftə ərzində miqrasiya sahəsində 50 mindən çox qanun pozuntusunun qarşısının alındığını, doqquz minə yaxın şəxsin deportasiya edildiyini vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.