Dünya

Tramp Bayden administrasiyasını “faşist rejim” adlandırıb

19 İyun 2024 08:26
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki Amerika lideri Cozef Baydenin administrasiyasını immiqrasiya siyasətinə görə "faşist rejim" adlandırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Tramp Viskonsin ştatında Baydenin miqrasiya siyasətini belə şərh edib

"Baydenin qeyri-qanuni miqrantlar üçün amnistiyası Amerika demokratiyasına birbaşa hücum və Baydenin konstitusiya sistemimizi necə məhv etdiyini və onu korrupsioner və faşist rejimlə əvəz etdiyini göstərən başqa bir nümunədir. Bunlar faşistlərdir. Bunlar pis insanlardır".

Bundan əvvəl CBS telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, Amerika administrasiyası ABŞ-da zəruri sənədlər olmadan yaşayan yüz minlərlə miqrantlara hüquqi status vermək niyyətindədir.

Qeyd edilib ki, tədbir ən azı 10 il ABŞ-da yaşayan və Amerika vətəndaşları ilə evli olan qeyri-qanuni miqrantlara şamil olunacaq. Onlara iş icazəsi və deportasiyadan qorunmağa zəmanət veriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.