"NASA"nın iki astronavtını dünyaya qayıda bilmir.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, astronavtları Beynəlxalq Kosmik Stansiyaya aparan Boeing-in Starliner uçuş aparatı iyunun 5-dən kosmosdadır.
Xarici KİV-lərdə gedən xəbərə görə, uçuş aparatında texniki problemlər yaranıb. Yaranan problemə görə astronavtların dünyaya nə zaman qayıdacağı məlum deyil.
Astronavtların iyunun 14-də geri dönmələri planlaşdırılsa da, lakin "Boeing" və "NASA" problemləri həll etməyə çalışdığı üçün geri qayıtma tarixi 22 iyuna qədər təxirə salındı.
NASA X sosial media platformasında iyunun 18-də keçiriləcək mətbuat konfransında məsələyə aydınlıq gətiriləcəyini açıqlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun