Dünya

Peskov Putinin şərtindən danışdı: Sabah daha pis olacaq!

15 İyun 2024 00:35
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin qeyd etdiyi sülh danışıqlarının şərtləri ilə bağlı vaxt məhdudiyyəti yoxdur, lakin cəbhədəki şərtlər sürətlə dəyişir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

"Cəbhədəki vəziyyət dinamik şəkildə dəyişir və elə bir məqam gələcək və o, yenidən elə dəyişəcək ki, Kiyev rejimi üçün bu, onun mövqeyinin daha bir pisləşməsi deməkdir", - deyə Peskov bildirib.

Qeyd edək ki, Putin Ukraynanın Donbas və "Novorossiya"dan qoşunlarını çıxarmağa başlayan və NATO-ya qoşulmamaq öhdəliyini götürən kimi Rusiyanın atəşi dayandıracağı və danışıqlara hazır olacağını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.