Makronun yürütdüyü siyasətin fəsadları Avropa Parlamentinə seçkilərdə özünü göstərdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu dəfəki Avropa Parlamentinə seçkilər kifayət qədər maraqlı nəticələrlə yadda qaldı və nəticədə Fransa prezidenti Makron növbədənkənar parlament seçkilərinin keçirilməsini elan etdi və parlamenti buraxdı.
Milli.Az bildirir ki, bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, Makronun yürütdüyü siyasət fiaskoya uğradığını nümayiş etdirir.
"Uzun müddətdir ki, Makrona qarşı Fransanın daxilində müxtəlif etirazlar, tənqidlər geniş vüsət almışdı və bunun nəticəsi olaraq seçkilərdə Avropa Parlamentinə yer qazanmayan Makronun siyasi ideoloji cərəyanı və onun tərəfdarları məğlub oldular.
Şübhəsiz ki, Avropa Parlamentində son illər korrupsiya qalmaqallarının olması, nüfuzdan düşməsi, onun ayrı-ayrı qrupların əlində alət olması parlamentin imicinə təsir göstərir və onu sarsıdır.
Eyni zamanda sağ mərkəzçilərin mövqeləri burada müəyyən mənada digər seçkilərə nisbətən
görünsə də, ümumilikdə son illər xüsusilə bu cərəyanın tərəfdarlarının artdığını müşahidə edirik və artıq Avropada liberallarla sağ mərkəzçilər arasında ciddi mübarizə gedir.
Qeyd etməliyik ki, bizim üçün Avropa Parlamentində keçirilən seçkilər kifayət qədər böyük maraq kəsb edirdi. Çünki Ermənistanla Azərbaycan arasında normallaşmada əsas fiqurant Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel idi. O bəyan etmişdi ki, vəzifədən gedəcək, digər tərəfdən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çox güman ki, öz mövqelərini qoruyub saxlayacaqdır. Bizim üçün də maraq kəsb eləyən Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Cozeff Borrellin qalması və ya dəyişməsidir. Çünki onun da ölkəmizə qarşı bir sıra hallarda qərəzli münasibətini görmüşdük. Ümid edirəm ki, Avropa Parlamentində keçirilən seçkilər və daha sonra Avropanın ümumi siyasi dizaynında vəzifəyə yiyələnən şəxslər Cənubi Qafqazda ölkəmizə münasibəti korrektə edəcəklər. Enerji sahəsində strateji tərəfdaşlıq olduğu kimi, siyasi münasibətlər də daha da güclənəcəkdir", - o əlavə edib.
Avropa Parlamentinə seçkilərin nəticələrində ifrat sağçıların yüksəlməsi Fransa Prezidenti Emmanuel Makronu şoka saldı. Rəqəmlərə görə, Makronun rəhbərlik etdiyi İntibah Partiyasının Avropa Parlamentindəki yeri 102-dən 83-ə düşüb.
Yəni seçkilərin nəticələrinə əsasən, Emmanuel Makron o qədər bərbad çıxış etdi ki, o, Fransa Parlamentini buraxmağa və növbədənkənar seçkilər keçirməyə məcbur oldu.
Siyasi təhlilçi Aqşin Kərimov Trend-in suallarını cavablandırarkən bildirib ki, Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrini şərh edərkən deyib.
"Fransanın ifrat sağçı Milli Ralli Partiyası Makronun rəhbərlik etdiyi partiyanı geridə qoyub. Bundan əlavə, sağçı Avropa Xalq Partiyası da 2019-cu illə müqayisədə əlavə 13 yer qazanaraq liderliyini qoruyub-saxlayıb. İtaliyanın baş naziri Giorgia Meloni seçkilərdə yüksək nəticə göstərib, onun partiyası 28% səslə Brüsselin əsas sütunlarından biri kimi rolunu möhkəmləndirib", - deyə A.Kərimov əlavə edib.
Siyasi təhlilçi qeyd edib ki, Avropa Komissiyasının hazırkı prezidenti Ursula fon der Lyayen ikinci dəfə eyni vəzifədə qalmağı hədəfləyir. Lyayenin Avropa Xalq Partiyasının üzvü olması ilə ona əlavə şans gətirir.
"Bu mənada yeni formalaşan Avropa Parlamenti Lyayeni ikinci müddətdə eyni vəzifədə qalmasını təmin etməyə çalışa bilər. Bu ümidlə Avropa Parlamenti Avropa Komissiyasına rəhbərlik etmək üçün Lyayenin namizədliyini təsdiqləyə bilər. Ancaq Lyayen gələcək beş il ərzində də Avropa Komissiyasının sükanı arxasında qalmaq istəyirsə siyasi razılaşma üçün mübarizə aparmalıdır. Lyayen ikinci müddətə namizədliyini irəli sürməyə razılaşacaqsa, o, hələ də yeni seçilmiş Parlamentdə 361 deputatın dəstəyinə ehtiyac duyacaq",- deyə A.Kərimov fikrini yekunlaşdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





