Dünya

ABŞ yaxın vaxtlarda Qəzzaya yardımın çatdırılmasını bərpa edəcək

8 İyun 2024 08:35
Baxış: 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar zərər çəkdikdən sonra təmir edilən müvəqqəti körpü vasitəsilə Qəzza zolağında ehtiyacı olan fələstinlilərə humanitar yardımın çatdırılmasını tezliklə bərpa edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə brifinqdə vitse-admiral, ABŞ Mərkəzi Komandanlığının rəhbərinin müavini Bred Kuper deyib.

Onun sözlərinə görə, amerikalı hərbçilər körpünün yenidən işə salınması məsələsində "aktuallığı tam dərk edərək hərəkət edirlər". "İnsanlara mümkün qədər tez kömək etmək istəyirik", - Kuper deyib.

Kuper qeyd edib ki, may ayının ilk həftəsi ərzində estakada vasitəsilə Qəzzaya 907,1 min tondan çox humanitar yardım çatdırılıb. O, iki gün ərzində estakada yenidən açıldıqdan sonra tədarükün 455 000 tona çatdırılacağını gözləyir.

Kuper başqa bir fövqəladə vəziyyət yaranacağı təqdirdə ABŞ ordusunun bir sıra planlarının olduğunu söyləyib. "Bizim hava şəraitinə uyğunlaşmaq üçün bir sıra fövqəladə planlarımız var", - vitse-admiral vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.