Dünya

Ermənilər yunanları öpsün: biz də türklərə silah göndərək - Korotçenko

3 İyun 2024 08:39
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstandan olan ilk təlimatçı Ukraynaya NATO-ya üzv ölkələr tərəfindən pulsuz olaraq verilən F-16-ları idarə etməyi ukraynalılara öyrətmək üçün Kiyevə gəlib. "Qardaş xristian ölkəsi" olan Yunanıstan Rusiyaya qarşı qəddar təbəssümünü nümayiş etdirir. Növbəti dəfə.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko Yunanıstanın Ukraynaya ilk dəfə təyyarə təlimatçısı göndərməsi haqda məlumatı şərh edərkən deyib.

"Qoy İrəvan yunanların dalından öpsün (Ermənistanın Yunanıstanla hərbi sahədə əməkdaşlığını inkişaf etdirməsi nəzərdə tutulur - red.) - Rusiya Afinanın düşmən siyasətinə cavab olaraq Yunanıstanın əleyhdarları və ilk növbədə Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlığı inkişaf etdirməlidir:

- Yunanıstandan və Kiprin yunan hissəsindən bütün rus turist axınının ŞKTC-yə yönləndirilməsi;

- KKTC ilə hərbi-texniki əməkdaşlıq, o cümlədən silah tədarükü məsələsini nəzərdən keçirmək;

- Yunanıstanla hərbi və iqtisadi qarşıdurmada Türkiyəyə siyasi dəstək vermək.

F-16 ilə Ukraynaya kömək etdiyinə görə eşşəkləri başa salmaq lazımdır. Şəxsi heç nə yoxdur - yalnız Rusiyanın milli maraqları!" - o vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.