Dünya

Arı pətəkləri kütləvi yandırılır: Yeni Zelandiya sakinləri qorxu içində

26 May 2024 21:10
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyada arı pətəklərinin yandırılması davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli fermerlər bildiriblər.

Onların sözlərinə görə, bu addım regionda tək balların yoxa çıxmasına deyil, həm də arıların tamamilə məhv olmasına səbəb olur. Bu isə öz növbəsində həşəratlar tərəfindən tozlanmadan asılı olan bitkilər üçün böyük təhlükədir.

Təhlükəli zəncirvari proses sakinləri qorxuya salıb və onlar həyəcanlarını sosial şəbəkə vasitəsilə bildiriblər.

Qeyd edək ki, təxminən bir həftədir Yeni Zelandiyada arı pətəkləri yandırılır. Bu hökumətin tələbi ilə həyata keçirilir. Belə ki, arılarda Amerikan çürüməsi (American foulbrood - AFB) xəstəliyi tapılıb.

Amerikan çürüməsi - arıçılıqda ən ağır xəstəliklərdən biri sayılır, törədicisi "Paenibacillus larvae" adlı bakteriyadır.

Son illər dünyada arıların sayı kəskin şəkildə azalır. Proses həm Avropa ölkələrinə, həm də ABŞ-yə təsir edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.