Dünya

Gürcülərin milli hislərini incitməməliyik - Borrell

25 May 2024 08:10
Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Birliyi (AB) Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan çox narahatdır, buna baxmayaraq, ehtiyatlı olmaq və "yumşaq dil"dən istifadə etmək lazımdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

"Xarici agentlər haqqında" qanun bizi çox narahat edir. Bu, Gürcüstana Avropa yolunda həqiqətən kömək etmir və biz onlara bunu deyirik. Lakin eyni zamanda onların milli hisslərini incitməmək üçün çox diqqətli olmalıyıq", - Borrell bildirib.

Qeyd edək ki, uzun müddətdir müzakirələrə səbəb olan qanun layihəsi mayın 14-də Gürcüstan parlamentində 3-cü oxunuşda qəbul edilib, mayın 18-də isə Prezident Salome Zurabişvili qanuna veto qoyub. Vetonu Gürcüstan parlamentinin Hüquq komissiyası 27 mayda müzakirə edəcək. Əgər vetonu qaldırmaq qərarı verilərsə, qanun yenidən plenar iclasa çıxarılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.