Yeni Kaledoniya XİN rəhbəri: Kaledoniya məsələsi Fransanın daxili işi deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 24-də Fransanın "L`Humanite" jurnalında Yeni Kaledoniyanın xarici işlər naziri Mickael Forrest-in müsahibəsi (https://apa.az/storage/pdf/17165518356650809bbb9d4.pdf) dərc olunub.
Milli.Az APA-ya istinadən bildirir ki, Mickael Forrest qeyd edib ki, Kanaki - Yeni Kaledoniya 1986-cı ildən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında yer alır.
Onun sözlərinə görə, BMT Baş Assambleyası hər il Yeni Kaledoniya, habelə Fransız Polineziyasının dekolonizasiyası ilə əlaqədar qətnamələr qəbul edir. Yeni Kaledoniyadakı vəziyyəti tənzimləyən Numea Sazişinə görə BMT bu prosesi yaxından izləməlidir.
Xarici işlər naziri BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) dəvəti ilə Venesuelada bu günlərdə baş tutmuş regional tədbirində iştirakını xatırladaraq, Yeni Kaledoniyada cərəyan edən iğtişaşlar barədə tədbir iştirakçıları məlumatlandırdığını, vəziyyətin yerində düzgün qiymətləndirilməsi üçün Yeni Kaledoniya Hökumətinin C-24-dən əraziyə missiya göndərməsini xahiş etdiyini bildirib. 2015-ci ildən bəri 9 belə missiyanın təşkil edildiyini bildirən nazir, Fransa dövləti tərəfindən təşkil edilən seçki saxtakarlığını pislədiklərini vurğulayıb.
"Fransa Metropoliyasından insanların kütləvi şəkildə gətirilməsi seçkilərin saxtalaşdırılması, yerli Kanak xalqının sıxışdırılması ilə nəticələnir", - nazir əlavə edib.
O, həmçinin Dekolonizasiya üzrə Xüsusi Komitədə beynəlxalq vasitəçilik sorğusu ilə çıxış etdiklərini xatırladıb. Sözügedən tədbirdə Fransa Hökumətinə yaxın qüvvələrin problemin mahiyyətinə etinasız yanaşmasının iştirakçılar tərəfindən pis qarşılandığını da əlavə edib.
Fransanın beynəlxalq hüququ pozduğunu söyləyən Forest Kanaki-Yeni Kaledoniya məsələsinin Fransanın daxili işi olmadığını bildirib. O, qarşıdakı günlərdə Yeni Kaledoniyanı dəstəkləyən Parlament üzvləri ilə görüş keçirtmək üçün Avropaya səfər edəcəyini diqqətə çatdırıb. Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərlə bağlı Sakit Okean Adaları Forumu, Papua-Yeni Qvineya, Melaneziya Təşəbbüs Qrupu və digər ölkələr, beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin göstərildiyini əlavə edib.
Sonda Forest Yeni Kaledoniya və Azərbaycan arasındakı münasibətlərə dair verilən suala cavab olaraq bildirdi ki, Yeni Kaledoniya Hökumətinin heç bir ölkə ilə problemi yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının sədri olub. Hərəkat hər zamanı bizi dəstəkləyib və bizim orda müşahidəçi statusumuz var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir





