Nigeriyalı bloqer: Yeni Kaledoniya Fransa neokolonializmə qarşı - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa parlamentinin aşağı palatasında təklif olunan seçki islahatlarının məqsədi sözdə Yeni Kaledoniyanın əyalət seçkilərində elektoratını genişləndirmək olsa da, reallıqda bu addım yalnız Parisin keçmiş müstəmləkəsinə təsirini gücləndirir və yerli əhalini öz müqəddəratını təyin etmək hüququna qarşı yönəlib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu fikirlər Nigeriyadan olan yazıçı-bloqer Muhammed T.Abiodunun bir sıra nüfuzlu saytlarda (freedomonline.com.ng, thestar.ng, peoplesdailyng.com, metrowatchxtra.com, gwg.ng, thenewsguru.com, newsexpressngr.com, theeagleonline.com.ng) dərc olunan "Yeni Kaledoniya Fransa neokolonializmə qarşı" adlı məqaləsində yer alıb.
1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinin şərtlərinə əsasən, yalnız 1998-ci ildən əvvəl, müqavilələr imzalanana qədər burada yaşamış adanın sakinləri və onların nəsilləri yerli parlamentdə səsvermə hüququ əldə etmişdilər.
Məqalədə deyilir ki, təklif olunan islahatlar bu vəziyyəti dəyişmək təhlükəsi yaradır və Parisin neokolonial gündəliyi necə davam etdirdiyinin bariz nümunəsidir:
"Fransız mediasını izləsəniz, təbii ki, bunların heç birinə rast gəlməzsiniz. Fransanın daxili işlər nazirinin sözlərinə görə, təklif olunan seçki islahatlarına qarşı şiddətli üsyanlar tamamilə Azərbaycanın təsiridir. Cənubi Qafqaz ölkəsi bu yaxınlarda Fransanın Ermənistana diplomatik və hərbi dəstəyi ilə bağlı Parislə böyük ictimai mübahisəyə daxil oldu. Fransadan Azərbaycandan fərqli olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə silahına malikdir və dünyanın ilk on iqtisadiyyatından biridir. Bu baxımdan nazirin açıqlaması reallıqdan çox bəhanə kimi səslənir.
Həmçinin bu, Fransaya Yeni Kaledoniyaya göstərməyə davam etdiyi təsir üçün əsas deyil. Biz bu reallıqlara daha çox diqqət yetirməliyik və Fransanın təxribat taktikasına aldanmamalıyıq. Beynəlxalq ictimaiyyət daha da irəli getməli və Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə istəyini dəstəkləməli və müstəmləkə tarixindən qaynaqlanan davamlı sosial-iqtisadi bərabərsizlikləri həll etməlidir".
Qeyd edilir ki, kanaklar Yeni Kaledoniyanın yerli sakinləridir və ölkə 1853-cü ildə Fransa tərəfindən ilhaq edildikdən sonra sistemli ayrı-seçkilik və marginallaşma ilə üzləşiblər. Adanın zəngin təbii sərvətlərindən, xüsusilə nikeldən əldə edilən iqtisadi faydalar əsasən fransız və beynəlxalq korporasiyalar tərəfindən inhisara alınıb.
"Politico"ya görə, kiçik ada ölkəsi dünya nikel ehtiyatlarının təxminən 30 faizini özündə birləşdirir. Nikel elektromobillər üçün akkumulyatorların istehsalında mühüm materialdır.
Bildirilir ki, Yeni Kaledoniya indikindən qat-qat firavan olmalıdır, lakin kanak əhalisi müstəmləkəçiliyin təsirlərindən əziyyət çəkməyə davam edir. Kanakların çoxu keyfiyyətsiz mənzillərdə yaşayır və pis həyat şəraiti ilə üzləşir. Gəlirlərin qeyri-bərabər bölünməsi mövcuddur, təhsil səviyyəsi də aşağıdır.
"Fransızların parazit və ekstraktiv təcrübələri sosial gərginliyi daha da alovlandırıb. Bu, adanın müstəqillik hərəkatını gücləndirən həyat enerjisidir. Yeni Kaledoniyada müstəqillik arzusu tarixi ədalətsizliklərin bərpası, siyasi və iqtisadi müqəddəratını təyin etmək istəyindən irəli gəlir. Kanakların rəhbərlik etdiyi hərəkatın müstəqilliyi daha çox sosial və iqtisadi bərabərliyə aparan yol kimi görən gənc nəsil arasında geniş vüsət almasının əsas səbəbi budur. Müasir Fransada müstəmləkəçi düşüncənin necə davam etdiyini göstərən başqa bir nümunə onların yerli əhalini manipulyasiyasıdır.
Ötən həftə şahidi olduğumuz zorakılığa heç bir bəraət qazandırmaq mümkün deyil. Yeni Kaledoniya xalqının daha parlaq gələcək qurmaq istəyi onların mənəvi borcudur. Xüsusilə, kiçik ölkələri müdafiə etməyə, müstəmləkəçilik, neokolonializm və irqçiliyin mənfi təsirlərinə qarşı çıxmağa sadiq olan Qoşulmama Hərəkatı bu mövzuda öz səsini ucadan və aydın şəkildə səsləndirməlidir.
Bu dəstəyə iqtisadi bərabərsizliyin aradan qaldırılması və kanak xalqının səsinin istənilən siyasi prosesdə ön sıralarda olmasını təmin etmək daxil olmalıdır. Qlobal birlik Yeni Kaledoniyanı dəstəkləməklə müstəmləkəçiliyin qalıqlarını aradan qaldırmağa, ədalət və bərabərliyin təşviqinə kömək edə bilər. Bu, həmçinin onların emansipasiyadan sonrakı sabitliklə bağlı narahatlıqlarını sakitləşdirməyə kömək etməlidir.
Bütövlükdə, Yeni Kaledoniyada müstəqillik uğrunda hərəkat təkcə yerli məsələ deyil, müstəmləkəçiliyin uzun sürən təsirlərinə qarşı daha geniş mübarizənin bir hissəsidir. Beynəlxalq ictimaiyyətin Yeni Kaledoniyanın kənar manipulyasiyalardan azad olmasını və tarixi ədalətsizlikləri bərpa istəyini dəstəkləməsi çox vacibdir", - məqalədə vurğulanır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var





