Dünya

Vəliəhd atasına görə Çinə də gedə bilmir

22 May 2024 22:53
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman atası kral Salman bin Əbdüləziz əs-Səudun xəstəliyi səbəbindən Çinə də səfər edə bilməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Çinə səfər edəcək nümayəndə heyətinə krallığın baş naziri və ölkənin faktiki hökmdarı olan vəliəhd şahzadə Məhəmməd bin Salmanın başçılıq edəcəyi gözlənilir. Lakin o, yaşlı atası kral sətəlcəm xəstəliyindən müalicə olunduqdan sonra Ər-Riyadda qalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu həftə Çinə krallığın investisiya nazirinin də daxil olduğu bir nümayəndə heyəti göndərir. Belə ki, dünyanın ən böyük neft ixracatçısı iqtisadi transformasiyası üçün xarici maliyyə axtarışındadır.

Daha öncə də vəliəhd Salman atasının xəstəliyi səbəbindən Yaponiyaya səfəri təxirə salıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.