Dünya

Qafan merinin “Leksus”unu yandırmağa cəhd etdilər

22 May 2024 00:40
Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəngəzur rayonunda bu gün Qafan merinin avtomobilini yandırmağa cəhd ediblər.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, saat 19:30 radələrində Qafan RPŞ ilə əlaqə saxlayan vətəndaşlar Mədəniyyət Evinin və Qafan İcra Hakimiyyətinin yaxınlığında avtomobilin yanması barədə məlumat veriblər.

Yanğınsöndürənlər gələnə kimi vətəndaşlar dayanacaqda dayanmış 055 QQ 55 dövlət nömrə nişanlı "Leksus 570" markalı avtomobilin qarşısındakı yanğını söndürüblər.

Sözügedən avtomobil Qafan şəhərinin meri Gevorq Parsyana xidmət edir, lakin o, Qafanda fəaliyyət göstərən "Noroqshin" MMC-nin balansında qeydiyyatdadır.

Hüquq-mühafizə orqanları avtomobili qəsdən yandırmağa cəhd edilməsindən şübhələnirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.